Gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək (FOTO)


Digərləri 11 May 2018 12:43:00 231 0

Gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərəcək (FOTO)

Azərbaycan ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb.

Bakı. Dövlət Gömrük Komitəsi (DGK) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü tədbirləri çərçivəsində gömrük xidməti sahəsində daha bir mühüm addımın reallaşmasına nail olub. DGK-dan Trend-ə verilən məlumata görə, mayın 10-dan etibarən Azərbaycan ilə İran İslam Respublikası sərhədində yerləşən Astara, Biləsuvar və Culfa gömrük-sərhəd buraxılış məntəqələri 24 saatlıq iş rejimində fəaliyyət göstərməyə başlayıb. Bu barədə hər iki ölkənin sərhəd və gömrük xidmətlərinin nümayəndələri arasında keçirilən görüşdə razılaşma əldə olunub.