Nazir qalstuksuz pambıqçılarla görüşə getdi FOTO


Digərləri 11 May 2018 12:27:00 221 0

Nazir qalstuksuz pambıqçılarla görüşə getdi  FOTO

Nazir İnam Kərimov bölgələrə səfəri çərçivəsində Ağdam rayonunun Quzanlı qəsəbəsində pambıq istehsalçıları ilə görüşüb

. Nazir pambıq istehsalçılarına bu sahənin ölkə başçısının birbaşa diqqətində olduğunu, pambıqçılığa çoxşaxəli dövlət dəstəyinin mövcudluğunu və qarşıya qoyulan hədəflər barədə söhbət açıb. Həmçinin, İnam Kərimov pambıqçılıqda məhsuldarlığın artırılması üçün intensiv kənd təsərrüfatı və müasir-innovativ texnologiyaların tətbiqini də pambıqçılara tövsiyə edib.

Son.az xəbər verir ki, fermer və sahibkarlar da, öz növbəsində, rayonda pambıqçılığın inkişafı məqsədilə əlavə artezian quyularının qazılmasını, suvarma şəbəkəsinin inkişaf etdirilməsini, kooperasiyaların yaradılmasını, bu sahədə rayondakı qabaqcıl fermerlərin və xarici təcrübənin öyrənilməsini təklif ediblər.


Xəbərə aid fotolar