Fərdi uçot sistemində hesabı olanların sayı artıb


Digərləri 11 May 2018 12:13:00 213 0

Fərdi uçot sistemində hesabı olanların sayı artıb

Hazırda sistemdə fərdi şəxsi hesabı olanların sayı 3 626 942 nəfər təşkil edir.

Bakı. Bu ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18 970 nəfərə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, həmin şəxslərin hər birinə sığortaolunan kimi uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir. Nəticədə vətəndaşların fərdi uçot sistemində iştirakı stimullaşdırılmaqla, sistemin əhatə dairəsi getdikcə genişlənir. Bu müsbət tendensiyanın davamı olaraq,