UEFA'dan PSG'yə daha bir zərbə


İdman 11 May 2018 11:04:00 271 0

UEFA'dan PSG'yə daha bir zərbə

UEFA PSG-yə daha bir zərbə vura bilər.

Goal.az xəbər verir ki, Avropanın ali futbol qurumu bu gün keçiriləcək iclasda Fransa  təmsilçisinə yeni cəza verə bilər. Buna səbəb isə PSG-nin UEFA-nın Maliyyə "fair-play" qaydalarını pozması, Qətər məsələsi və ticarət qaydalarını rədd etməsidir. Buna görə klub yenidən böyük məbləğdə pul cəzası ala bilər. Nəşrin yazdığına görə, PSG hətta, Avrokuboklardan məhrum edilə də bilər. Qəzet UEFA ticari qaydalarını rədd edən PSG-nin təkcə pul cəzası ilə qurtulmasına ümid edir.

Qeyd edək ki, Paris təmsilçisi bundan əvvəl 2014-cü ildə maliyyə qaydalarını pozduğuna görə, UEFA tərəfindən 60 milyon avro cərimələnmişdi.