Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib


Digərləri 11 May 2018 11:57:00 232 0

Heydər Əliyevin anadan olmasının 95 və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib.

Bakı. İlhamə İsabalayeva - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Sevdiyim" layihəsinin təqdimat mərasimi keçirilib. Trend -in məlumatına görə, tədbirdə Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, mədəniyyət naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev iştirak ediblər. Dövlət rəsmilərinin çıxışlarından sonra görkəmli şair, dramaturq Cəfər Cabbarlının "Sevdiyim" şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunub. Əsərin bəstəkarı və ifaçısı əməkdar artist Tünzalə Ağayeva, klipin rejissoru Ülviyyə Könüldür.