"Hesablama Palatası haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirə edilib - ƏLAVƏ OLUNUB


İqtisadiyyat 11 May 2018 11:40:00 303 0

"Hesablama Palatası haqqında" yeni qanun layihəsi II oxunuşda müzakirə edilib - ƏLAVƏ OLUNUB

Sənəd plenar iclasa tövsiyyə olunub

Milli Məclisin (MM) İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin bu gün keçiriləniclasında "Hesablama Palatası haqqında" yeni qanunlayihəsi II oxunuşda müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki,Palatanın sədri Vüqar Gülməmmədovun sözlərinə görə,sənədin Ioxunuşda təsdiqindən sonra keçən 5 ay ərzində 30-dan çox maddəyə texniki və məzmun düzəlişləri edilib.

"Bunlar həm kəmiyyət, həm də keyfiyyət baxımından edilən dəyişikliklərdir. Bu dəyişikliklər müsbət təsirini göstərəcək. Onlar həm ölkədaxili qanunvericlik aktlarını, həm də beynəlxalq standartları nəzərdən keçirməklə həyata keçirilib. Dəyişikliklər Palatanın funksiyaları, audit tədbirləri, korrupsiya ilə bağlı hüquqpozmalara qarşımübarizəsi ilə bağlıdır", - deyə o, qeyd edib.

***

Parlament komitəsinin sədri Ziyad Səmədzadə isə bidlriib ki, Palatanın maliyyələşdirilməsi ilə bağlı maddədə "dövlət büdcəsindən əlavə qanunla nəzərdə tutulmayan digər mənbələr hesabına" yazılması mübahisəli məsələdir. "Maliyyələşdirmədə dövlət büdcəsindən başqa mənbə olmamalıdır. Bu məsələyə təkrar baxmaq lazımdır. MM-in digər mənbəyi yoxdur. Bu qurumunda digər mənbəyi ola olmaz".

O, həmçininqeyd edib ki, əsas məsələ HP ilə digər qurumlar arasında əlaqənin qurulmasıdır.

Qanun layihəsi II oxunuşda plenar iclasa tövsiyyə olunub.