Azərbaycanda aksizsiz siqaret satdığına görə 5 nəfər həbs edilib


İqtisadiyyat 11 May 2018 10:55:56 78 0

Azərbaycanda aksizsiz siqaret satdığına görə 5 nəfər həbs edilib

Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində cinayət işi açılıb

Vergilər Nazirliyi pərakəndə ticarət müəssisələrində aksiz markasız və ya saxta aksiz markalı məhsulların satışı hallarının aradan qaldırılması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Bu barədə "Report"a nazirliyinMedia və Kommunikasiya Mərkəzindən məlumat verilib.

Məlumat verildiyi kimi, bu yaxınlarda paytaxt ərazisində yerləşən, alkoqollu içkilərin və tütün məmulatlarının satışı sahəsində ixtisaslaşdırılmış 15 ticarət obyektində vergi nəzarəti tədbirləri keçirilib və bu zaman qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış və saxta aksiz markaları ilə markalanmış məhsulların satışının aparılması faktları aşkar edilib.

Ölkəyə qeyri-qanuni yolla idxal olunan aksizsiz malların reallaşdırılması ilə məşğul olan cinayətkar qruplar geniş şəbəkə yaradaraq, ticarət şəbəkələrini belə məhsullarla təchiz etmək üçün məhsulların müxtəlif çatdırılma üsullarını yaradır, bu məhsulların satışı üçün köşklərdən istifadə edir, bir çox hallarda belə məhsulları ticarət şəbəkəsinin özündə deyil, yaxınlıqda saxlanılan nəqliyyat vasitələrində və gizli saxlanc nöqtələrində gizlədirlər.

İsti izlərlə aparılan əməliyyat tədbirləri nəticəsində ticarət şəbəkələrini saxta məhsullarla təchiz edən əsas saxlanc anbarlarından birinin yeri müəyyən edilib. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən B.Hüseynova məxsus fərdi yaşayış evində 40 672 qutu aksiz markasız tütün məmulatları aşkar olunaraq götürülüb.

Bundan başqa, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Bakı şəhərinin Qaradağ rayonunun Sahil və Lökbatan qəsəbələrində, eləcə də Abşeron rayonunun Xırdalan şəhərində və Sumqayıt şəhərində aparılan müşahidələr zamanı əsasən avtobus dayanacaqlarındakı köşklərdə aksizsiz məhsulların satışının həyata keçirilməsi halları müəyyən edilib. Müşahidələr əsasında yeri müəyyən edilmiş 29 ticarət obyektində aparılmış vergi nəzarəti tədbirləri zamanı qeyri-qanuni olaraq xeyli və külli miqdarda aksiz markası ilə markalanmamış məhsulların satışının aparılması və satış məqsədilə saxlanması faktları öz təsdiqini tapıb. Həmin obyektlərdən 18 500-dən yuxarı aksiz markası olmayan tütün məmulatları aşkar edilərək götürülüb.

Faktlarla bağlı Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində Cinayət Məcəlləsinin 213-1.1-ci (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə), 213-1.2.1 (eyni əməllər külli miqdarda törədildikdə), 213-1.2.3 (eyni əməllər qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 213-1.4 (Bu Məcəllənin 213-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) maddələri ilə cinayət işi başlanılıb və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin qərarı əsasında B.Hüseynov və onun ortağı Y.Əhmədov, ticarət köşkləri səbəkəsinin sahibləri olan H.Məhyəddinov, T.Nəcəfov və A.Rüstəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Aksiz markasız və saxta aksizli malların satışını həyata keçirən cinayətkar şəbəkənin ifşa olunması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Salah yenə birincidir like
  • 11 May 10:54  
İdman Salah yenə birincidir

Liverpool'da 2017/2018 mövsümünün ən yaxş

arrow Ətraflı
“Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalanıb like
  • 11 May 10:53  
Digərləri “Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet

arrow Ətraflı
BirKart 10%dək Cash Back imkanı! like
  • 11 May 10:52  
Digərləri BirKart 10%dək Cash Back imkanı!

Kapital Bank-ın BirKart məhsulunu artıq məvacib və pensiyasını Kapital Ba

arrow Ətraflı
İsmayıllıda körpünü sel apardı like
  • 11 May 10:51  
Digərləri İsmayıllıda körpünü sel apardı

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel ap

arrow Ətraflı
Qobustanda yeni mədəniyyət-istirahət parkı istifadəyə verilib like
  • 11 May 10:48  
Digərləri Qobustanda yeni mədəniyyət-istirahət parkı istifadəyə verilib

Qaradağ rayonunun Qobustan qəsəbəsində yeni salınmış mədəniyyət-istir

arrow Ətraflı
Qubada mal-qara oğruları tutuldu like
  • 11 May 10:44  
Digərləri Qubada mal-qara oğruları tutuldu

13 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Vəliy

arrow Ətraflı
“Böyük dəyişiklik olmadı” like
  • 11 May 10:43  
Şou-biznes “Böyük dəyişiklik olmadı”

ARB Ulduz-un "Virtual həyat" proqramının növbəti qonağı müğ

arrow Ətraflı
Fuad Muradov Bakı-Bruklin Dostluq Assosiasiyasının nümayəndə heyətini qəbul edib like
  • 11 May 10:42  
Digərləri Fuad Muradov Bakı-Bruklin Dostluq Assosiasiyasının nümayəndə heyətini qəbul edib

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Bakıda səfərd

arrow Ətraflı
Avropa çempionatında bürünc medal like
  • 11 May 10:38  
İdman Avropa çempionatında bürünc medal

Rusiyanın Kazan şəhərində başlanan böyüklər arasında Avropa &c

arrow Ətraflı
UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir like
  • 11 May 10:37  
Digərləri UNEC tələbələri biliklərini təcrübədə uğurla tətbiq edir

UNEC-in yuxarı kurs tələbələrinin ixtisas təcrübəsi uğurla davam edir.

arrow Ətraflı
Santa Fe şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib  FOTO like
  • 11 May 10:34  
Siyasət Santa Fe şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib FOTO

ABŞ-ın Nyu Meksika ştatının paytaxtı Santa Fe şəhəri 28 may 2018-ci il

arrow Ətraflı
İsmayıllıda avtomobil körpüsünü sel apardı like
  • 11 May 10:33  
Digərləri İsmayıllıda avtomobil körpüsünü sel apardı

İsmayıllı rayonuna yağan güclü leysan nəticəsində bir körpünü sel ap

arrow Ətraflı
Bu gün “Ağsaqqal”ın toyudur like
  • 11 May 10:30  
Şou-biznes Bu gün “Ağsaqqal”ın toyudur

Bu gün "Bozbash pictures" komandasının üzvlərindən olan Azər Ba

arrow Ətraflı