“Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalanıb


Digərləri 11 May 2018 10:53:39 202 0

“Cybernet” şirkəti ilə UZİNFOKOM arasında anlaşma memorandumu imzalanıb

Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratoru (UZİNFOKOM) arasında 2018-ci il may ayının əvvəlində tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Bakı. Azərbaycanın qabaqcıl informasiya texnologiyaları şirkəti olan “Cybernet” və Özbəkistanın dövlət informasiya sistemlərinin yaradılması və dəstəklənməsi üzrə vahid inteqratoru (UZİNFOKOM) arasında 2018-ci il may ayının əvvəlində tərəfdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Trend-in məlumatına görə, memorandum çərçivəsində “Cybernet” şirkəti ilə UZİNFOKOM İT-konsaltinq sahəsində, informasiya sistemlərinin təkmilləşdirilməsi, effektiv fəaliyyətinin təmin olunması məqsədilə müvafiq proqram təminatı məhsullarının hazırlanmasında yaxından əməkdaşlıq edəcəklər. ERP, CRM və BI-sistemlərinin tətbiqi nəzərə alınmaqla, biznesin avtomatlaşdırılması sahələrində işbirliyi də memorandumun məqsədlərinə daxildir. Əlavə olaraq, 2018-ci il fevral ayında “Cybernet” şirkəti UZİNFOKOM təşkilatının dəvəti ilə Daşkənddə İKT sahəsində ən böyük və əhəmiyyətli tədbirlərindən olan UZİNFOKOM - 2018 beynəlxalq konfransında iştirak edib. Konfransda regional və qlobal təchizatçılar, sistem inteqratorları, beynəlxalq konsaltinq şirkətləri iştirak edib. Konfrans iştirakçıları Özbəkistanda İT sahəsində baş verən dəyişikliklər, yeni normativ-hüquqi aktların mahiyyəti, hökumət layihələrində İKT ilə işləmə sxemi ilə tanışlıq imkanı əldə ediblər.