Qubada mal-qara oğruları tutuldu


Digərləri 11 May 2018 10:44:00 221 0

Qubada mal-qara oğruları tutuldu

13 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Vəliyev və Quba rayonunun Səbətlər kənd sakini Amil Əmirov saxlanılıb.

Bakı. Qubada 13 baş qoyunu oğurlayan iki nəfər tutulub. DİN-dən Trend-ə verilən məlumata görə, Quba RPŞ-nin əməkdaşları tərəfindən mayın 7-də Məcid Hacıyevin həyətyanı sahəsindən 13 baş qoyun oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Asif Vəliyev və Səbətlər kənd sakini Amil Əmirov saxlanılıb. Ətraflarında aparılan tədbirlərlə onların digər cinayət əməllərinin də üstü açılıb. Belə ki, bu iki şəxs mayın 1-də həmin kənddə Ə.Əmirovun həyətindəki tövlədən 1 baş inəyi oğurlamaları da müəyyən edilib.