Borca görə axtarışda olan 22 nəfər saxlanılıb


Digərləri 11 May 2018 10:29:00 242 0

Borca görə axtarışda olan 22 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən mayın 10-dan 11-dək gün ərzində 86 cinayət faktı qeydə alınıb, onların da 22-si "isti izlər"lə açılıb.

DİN-dən Son.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 32 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.