Arda Turana ağılasığmaz cəza


İdman 11 May 2018 10:00:00 354 0

Arda Turana ağılasığmaz cəza

Türkiyə Peşəkar Futbol İntizam Komitəsi Super Liqanın 32-ci turunun Sivasspor'la ev oyununda (1:1) qırmızı vərəqə alan Başakşehir'in futbolçusu Arda Turana ağır cəza verib.

Goal.az xəbər verir ki, Türkiyə millisinin üzvü 16 oyunluq cəzaya layiq görülüb. 31 yaşlı futbolçu hakimə hücuma görə 10, yan xətt hakimini təhqirə görə 3, əsas hakimi təhdid etdiyinə görə isə daha 3 oyun cəza alıb. Bundan əlavə, Ardaya 39 min türk lirəsi (15600 manat) məbləğində pul cəzası da verilib.