DİQQƏT! Bu qəsəbələrdə su olmayacaq


Digərləri 11 May 2018 09:33:00 213 0

DİQQƏT! Bu qəsəbələrdə su olmayacaq

Abşeron rayonunun iki qəsəbəsində su olmayacaq.

Bakı. Abşeron rayonunun iki qəsəbəsində su olmayacaq. “Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar 11 may 2018-ci il tarixində gün ərzində Mehdiabad və Digah qəsəbələrinə, həmçinin Mehdiabad qəsəbəsindəki məcburi köçkün yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.