Tovuzda üç uşaq anası özünü yandıraraq intihar edib


Sosial 11 May 2018 09:20:06 256 0

Tovuzda üç uşaq anası özünü yandıraraq intihar edib

Fakt üzrə araşdırmalar davam etdirilir

Tovuz rayonunda üç uşaq anası özünü yandırıb.

“Report”un Qərb bürosunun məlumatına görə, rayonun Cəlilli kənd sakini, 1983-cü il təvəllüdlü Məmmədova Şahnaz Qurban qızı yaşadığı evin damında özünü yandıraraq intihar edib.

İlkin məlumata əsasən, intihara səbəb qadının ağır xəstəlikdən əziyyət çəkməsiolub.

Fakt üzrə araşdırmalar davam etdirilir.