Vaşinqtonda Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə tanınmış dövlət xadimi Donald Ramsfeldə fəxri ödül təqdim olunub FOTO


Siyasət 11 May 2018 08:55:00 375 0

Vaşinqtonda Heydər Əliyevin doğum gününə həsr olunmuş tədbirdə tanınmış dövlət xadimi Donald Ramsfeldə fəxri ödül təqdim olunub  FOTO

ABŞ paytaxtında yerləşən məşhur və möhtəşəm diplomatik tədbirlərin keçirilməsi ilə tanınmış Meridian Beynəlxalq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ile əlaqədar tədbir keçirilib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Son.az-a verilən məlumata görə, çoxsaylı qonaqların, o cümlədən ABŞ Dövlət, Müdafiə departamentləri, Konqres və Ağ Ev, akademik dairələr, diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ABŞ-ın tanınmış dövlət xadimi, iki dəfə müdafiə katibi və digər dövlət vəzifələrində çalışmış Donald Ramsfeldə Azərbaycan-ABŞ strateji tərəfdaşlığa müstəsna töhfələrinə görə Heydər Əliyev adına 2018-ci ilin fəxri ödülü təqdim edilib.

Tədbirdə çıxış edən ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov Ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və inkişafında əvəzedilməz rolu barədə geniş məlumat verib. Xüsusilə səfir ulu öndərin uzaqgörən siyasəti sayəsində Azərbaycanın müstəqil, suveren və güclü dövlət kimi formalaşdığı, onun yanaşması sayəsində bugün inkişaf edən regional əməkdaşlığın əsasının qoyulduğunu, uğurlu transmilli layihələr həyata keçirildiyini vurğulayıb. Səfir xüsusilə qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti sayəsində bu il Azərbaycan müstəqil, güclü və inkişaf etmiş dövlət olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasının 100-ci il dönümünü təntənəli şəkildə qeyd edir. Əlavə olaraq bildirib ki, Heydər Əliyev ABŞ-a olan səfərlərinin birində məhz Meridian Beynəlxalq Mərkəzinin binasında ziyafətdə iştirak edib.

E.Süleymanov həmçinin deyib ki, Ümummili lider Heydər Əliyev Azərbaycanla ABŞ arasında güclü tərəfdaşlığın bünövrəsini qoyub və bu xüsusda onun ABŞ-a çoxsaylı səfərlər etdiyini xatırlayıb. Eyni zamanda səfir mayın 9-da Azərbaycanın ABŞ-dakı səfirliyində təqdim olunmuş Lider televiziyası tərəfindən Klivlenddə çəkilmiş sənədli filmə istinad edib.

Daha sonra səfir Donald Ramsfeldi salamlayaraq onun ABŞ-Azərbaycan tərəfdaşlığın inkişafına xüsusi töhfə verdiyini, hazırda da D. Ramsfedlin rəhbərlik etdiyi Fondun regional anlaşmaya töhfə verdiyini vurğulayıb. Öz çıxışında səfir Ümummilli lider Heydər Əliyevin regional baxışına istinad edərək ictimai xadim D.Ramsfeldin də böyük şəxsiyyət olduğunu və rəngarəng məhsuldar siyasi həyat yaşadığını və ABŞ-da ən yüksək rütbəli vəzifələrdə çalışdığını və eləcə də ictimai siyasi həyata təsir etdiyini qeyd edib. Bu xüsusda, son on ildə D.Ramsfeldin Ramsfeld Fonduna rəhbərlik edərək Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqrama və Avrasiyada peşəkar inkişafın vacibliyinə xüsusi önəm verdiyini qeyd edir. Bu proqrama istinad olunaraq məhz Ümummilli lider Heydər Əliyevin təhsilə və Azərbaycan vətəndaşlarının inkişafında rolu vurğulanıb.

D.Ramsfeld verilən təltifə görə Azərbaycan tərəfinə təşəkkür edib. O, Azərbaycan və regionla bağlı danışaraq xatirələrini bölüşüb və hazırda da bu istiqamətdə çalışmasına eyham edərək rəhbəri olduğu Ramsfeld fondunun regionumuzla bağlı gördüyü işləri vurğulayıb. D. Ramsfeld öz çıxışında Ramsfeld Fondunun Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələrini əhatə edən proqramın 10-cu yubiley forumunun məhz Azərbaycanda keçirildiyi təsadüf olmadığını qeyd edib.

Azərbaycanın ABŞ-dakı Səfirliyi tərəfindən Azərbaycan-ABŞ starteji əməkdaşlığa müstəsna xidmətlərinə görə təqdim olunan fəxri ödül əvvəlki illərdə Amerikanın məşhur ictimai xadimləri, o cümlədən ABŞ Nəqliyyat Komandanlığının sabiq generalı Dunken Maknab, ABŞ Konqresinin sabiq üzvü Den Bartn və ABŞ-ın nüfuzlu və tanınmış diplomatıı Riçard Hoaqland ABŞ-Azərbaycan arasında münasibətlərinə verdiyi töhfələrinə görə layiq görülüb.

Tədbirdə Merilənd ştatını təmsil edən gənc musiqiçilər Jazz musiqisini ifa edib.