Yük avtomobili aşıb, ölən var


Digərləri 11 May 2018 07:55:00 231 0

Yük avtomobili aşıb, ölən var

Göygöldə yük avtomobilinin aşması nəticəsində sürücü ölüb. Son.az APA-ya istinadən bildirir ki, qəza Göygöl şəhərindən Toğanalı kəndi istiqamətində gedən yolda baş verib.

Rayon sakini 1994-cü il təvəllüdlü Aydınov Seymurun idarə etdiyi yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.