Tramp İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib


Digərləri 11 May 2018 05:42:00 191 0

Tramp İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib

ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Hərəkət Planından çıxdıqdan sonra İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib

Bakı. ABŞ prezidenti Donald Tramp Birgə Hərtərəfli Hərəkət Planından çıxdıqdan sonra İranla "yaxşı saziş" imzalamaq istədiyini bildirib. Trend-in məlumatına görə, Tramp qeyd edib ki, sövdələşmə İranın nüvə silahı əldə etməsi imkanının qarşısını ala bilməyib və bunun nəticəsi olaraq "Yaxın Şərqin pulu olan" digər ölkələri nüvə silahı əldə etmək üçün imkanlar axtarmağa başlayacaqdılar: "Bu, fəlakətə səbəb olardı".