Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)


Digərləri 11 May 2018 00:36:24 242 0

Ulu öndər Heydər Əliyevin 95 illik  yubileyinə həsr olunmuş konsert keçirilib (FOTO)

Musiqi məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib.

Bakı. Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Trend-in məlumatına görə, tədbirdə çıxış edən Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov qeyd edib ki, dünyamiqyaslı ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyəti illərində onun təşəbbüsü ilə bütün sahələrdə olduğu kimi mədəniyyətə və incəsənətə marağın və bu sahədə biliklərin artırılmasına, gənc istedadların musiqi təhsili almasına diqqət ayırıb.