Prezident İlham Əliyev: "Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib"


İqtisadiyyat 11 May 2018 00:12:53 88 0

Prezident İlham Əliyev: "Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib"

Dövlət başçısı: "Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb"

"Biz ulu öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 10-da ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmayıb: "Bizim iqtisadiyyatımız üç dəfədən çox artıb. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabət qabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür".

Azərbaycanda yoxsulluqla, işsizliklə mübarizə gözəl nəticələr verir: "Bu böyük sosial problemlərin həlli işində böyük uğurlar əldə edilib. Biz energetika, nəqliyyat sahələrində tarixi layihələr icra etmişik və onların icrası davam edir. Biz ölkə daxilində enerji təhlükəsizliyi ilə bağlı məsələləri tam şəkildə həll etdik. Gələcəkdə Azərbaycanın enerji resurslarının dünya bazarlarına çıxarılması ilə bağlı böyük layihələrin başa çatması gözlənilir".

Dövlət başçısı qeyd edib ki,Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilib: "Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri bizim böyük sərmayələrimizlə həyata keçirilir və bu istiqamətdə hələ də həllini tapmamış məsələlər mütləq öz həllini tapacaq.

Biz bütün istiqamətlərdə uğurla inkişaf edirik. Bizim inkişafımızın təməlində ulu öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, biz tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik".

Günün qoroskopu: qəfil sürpriz və hədiyyələr ola bilər like
  • 11 May 00:01  
Digərləri Günün qoroskopu: qəfil sürpriz və hədiyyələr ola bilər

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı
Şamaxıda 29 yaşlı qadın intihara cəhd edib like
  • 10 May 23:59  
Digərləri Şamaxıda 29 yaşlı qadın intihara cəhd edib

Şamaxıda intihara cəhd hadisəsi baş verib.

arrow Ətraflı
Kanadada dağ şalesi  FOTO like
  • 10 May 23:58  
Digərləri Kanadada dağ şalesi FOTO

"RobitailleCurtis" dağ şalesi Kanadanın Kvebek əyalətindədir. S

arrow Ətraflı
Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var like
  • 10 May 23:57  
Digərləri Gəncədə iki avtomobil toqquşub, xəsarət alan var

Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Allahdan qorx, səbirli ol və tələsmə! like
  • 10 May 23:55  
Digərləri Allahdan qorx, səbirli ol və tələsmə!

Həsən əl-Bəsri rəvayət edir ki, bir kişi vəfat etdi və özündən sonra

arrow Ətraflı
Elmin zəkatı – onu Allah bəndələrinə öyrətməkdira like
  • 10 May 23:50  
Digərləri Elmin zəkatı – onu Allah bəndələrinə öyrətməkdira

Cəmiyyətdə ən gözəl peşələrdən biri də müəllim olmaqdır. İslam di

arrow Ətraflı
İran raket proqramını davam etdirəcək like
  • 10 May 23:47  
Dünya İran raket proqramını davam etdirəcək

Tehranın hazırladığı raketlər ABŞ və ya ona müttəfiq olan ölkələrd

arrow Ətraflı
Təkbir deyərkən bədənin aram olması şərtdirmi? like
  • 10 May 23:45  
Digərləri Təkbir deyərkən bədənin aram olması şərtdirmi?

Namaz əməllərinin arasında təkbir ("Allahü əkbər") deyərkən

arrow Ətraflı