Prezident İlham Əliyev: Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın böyük sərmayələri ilə həyata keçirilir


Digərləri 10 May 2018 23:48:55 248 0

Prezident İlham Əliyev: Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın böyük sərmayələri ilə həyata keçirilir

Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın böyük sərmayələri ilə həyata keçirilir.

Bakı. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın böyük sərmayələri ilə həyata keçirilir. Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışında deyib. Dövlətimizin başçısı qeyd edib: “Biz Ulu Öndərin yolu ilə gedərək güclü iqtisadiyyat qura bilmişik. Son 15 il ərzində iqtisadi inkişaf baxımından Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə olmamışdır. Bizim iqtisadiyyatımız üç dəfədən çox artmışdır. Aparıcı beynəlxalq təşkilatlar, Davos İqtisadi Forumu Azərbaycanı rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görübdür, inkişaf edən ölkələr arasında isə biz 3-cü yerdəyik. Bizim çox böyük iqtisadi resurslarımız var. Bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan 5 dəfə böyükdür”.