İranlılar saxta "İslam Dövləti" zarafatından qəzəbləniblər


Digərləri 10 May 2018 23:35:00 295 0

İranlılar saxta "İslam Dövləti" zarafatından qəzəbləniblər

Tehranın mərkəzi ticarət mərkəzində özünü İslam Dövləti (İD) qruplaşmasının döyüşçüləri kimi geyinmiş bir qrup kişinin zarafatı kəskin tənqidlərlə qarşılanıb.

Onlar saxta silah və qılınc gəzdirib, qara geyinib, uzun saqqal taxıb və bəziləri hətta atla gəziblər.

Bazar ertəsi İD qrupunun saxta batalyonu ticarət mərkəzinə daxil olaraq "Allahu Əkbər" deyə qışqırıblar.

Hadisədən çəkilmiş videoda müştərilərin maraq və qorxu ilə hadisəni izlədikləri görünür.

Bu səhnələşdirilmiş hadisə təbliğat filminin reklamı üçün həyata keçirilib və sosial mediada böyük tənqidlərə tuş gəlib.

Şəkilin Müəllif Hüquqları @mohmd_mozafari@MOHMD_MOZAFARİ