Azərbaycan nefti 3 dollar bahalaşıb


Digərləri 10 May 2018 23:26:00 207 0

Azərbaycan nefti 3 dollar bahalaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 9-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,01 dollar/barel çoxdur.