Azərbaycanda irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən


Digərləri 10 May 2018 23:27:00 266 0

Azərbaycanda irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən

Azərbaycanda irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqlar dərman preparatları ilə təmin ediləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 10 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planında deyilir.

Tədbirlər planına əsasən, 2018-2020-ci illərdə Səhiyyə Nazirliyi geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqları dərman preparatları ilə təmin edəcək.

Bundan başqa, İqtisadiyyat və Səhiyyə nazirlikləri geniş yayılmış irsi metabolik və hormonal pozuntulardan əziyyət çəkən uşaqlar üçün müvafiq pəhriz qidalarının istehsalı təşviq edəcəklər.