Oruc tutmaq kök hüceyrələrin yenilənmə funksiyasını artırır


Digərləri 10 May 2018 23:10:00 280 0

Oruc tutmaq kök hüceyrələrin yenilənmə funksiyasını artırır

ABŞ-da aparılan bir araşdırmada mütəxəssislər, orucun bağırsaq kök hüceyrələrinin yenilənmə funksiyasını artırdığını göstərdi.

Son.az deyerler.org-a istinadən bildirir ki, Massaçusetts Texnologiya İnstitutunun ( MIT) bioloqları siçanlar üzərində apardığı təcrübədə, 24 saat ac qalan siçanlarda hüceyrələrin, qlikoz yerinə yağ turşularını parçalamağa başladığı və bunun da kök hüceyrələrin yenilənməsinə kömək etdiyi müəyyən olundu.

Ac qalan siçanların ac qalmayanlara görə kök hüceyrələrinin ikiqat daha çox yenilənmə tutumuna sahib olduğu müşahidə edildi.