Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni üsullar tətbiq olunacaq


Digərləri 10 May 2018 22:48:36 239 0

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni üsullar tətbiq olunacaq

Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni üsullar tətbiq olunacaq.

Bakı. Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların müalicəsində sanatoriya-kurort şəraitində yeni üsullar tətbiq olunacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2018-ci il 10 may tarixli sərəncamı ilə təsdiq edilmiş "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018-2020-ci illər üçün Milli Fəaliyyət Planı"nın həyata keçirilməsi üzrə tədbirlər planında deyilir. Tədbirlər planına əsasən, Səhiyyə və Kənd Təsərrüfatı nazirlikləri kənd təsərrüfatı sahəsində çalışan fertil yaş dövründəki (15-49 yaş) qadınlar arasında kimyəvi maddələrin (pestisidlər və aqrokimyəvi maddələr, tütün tüstüsü, spirtli içkilər və s.) hamiləliyə və gələcəkdə doğulacaq uşağın sağlamlığına təsirləri ilə bağlı mütəmadi maarifləndirmə işi aparacaqlar.