İslamda 313 ədədi ilə bağlı nə deyilir?


Digərləri 10 May 2018 22:15:00 283 0

İslamda 313 ədədi ilə bağlı nə deyilir?

İslam mənbələrində 313 ədədi ilə bağlı bəzi rəvayətlər mövcuddur. Belə ki, tarixi məlumatlara görə, İslam tarixində ilk böyük savaş olan Bədr savaşında müsəlmanların sayı məhz 313 nəfər olmuşdur.

Son.az islam.az-a istinadən bildirir ki, müsəlmanlar bu döyüşdə sayca özlərindən üç dəfə artıq olan (min nəfər) müşriklərə qalib gəlmişdilər. Bəzi hədislərdə deyilir ki, Həzrət Davud Peyğəmbərin (ə) dövründə Talut adlı Bəni-İsrail hökmdarının başçılığı altında düşmənlərlə döyüşə yollanmış mömin əsgərlərin sayı da bu qədər olmuşdur. Bu hadisə barədə Bəqərə surəsinin 249-252-ci ayələrində məlumat verilir. Həmçinin, İmam Mehdinin (ə) xas (xüsusi) səhabələrinin də sayının 313 olacağı deyilir. Onların böyük əksəriyyəti əcəmlərdən (qeyri-ərəb xalqlardan) olacaq. Bu 313 nəfər İmamın (ə) ilk çağırışı ilə onun ətrafına toplaşacaq və zühur üçün lazım olan köməyi həzrətə göstərəcək.