Çexiya da ABŞa qarşı çıxdı


Dünya 10 May 2018 22:02:00 227 0

Çexiya da ABŞa qarşı çıxdı

Çex Respublikası İran və bir qrup dövlətlə hərtərəfli birgə fəaliyyət planını bundan sonra da dəstəkləyəcək. Çünki bunu təsirli tədbir hesab edir.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Çexiyanın Xarici İşlər Nazirliyi ABŞ Prezidenti Donald Trampın ölkənin İranın nüvə proqramının məhdudlaşdırılması sazişindən çıxması haqqında bəyanatına cavab olaraq mətbuat üçün məlumatında bildirib.

Avropa İttifaqı (Aİ) Prezident Donald Trampın müvafiq bəyanatına təəssüfləndiyini bildirir. Bu barədə Aİ diplomatiyasının Romadakı rəhbəri Federika Mogerini məlumat verib. Çexiya xarici siyasət idarəsinin başçısı Martin Stropnitskonun sözlərinə görə, onun ölkəsi bu məsələdə Aİ-nin mövqeyindən fərqlənmək istəmir, lakin Avropa İttifaqının bəyanatında Tehranla ballistik raketlərin hazırlanması kəlməsi ona yetərli deyil. Bu məsələ Çexiya XİN-i narahat etməyə bilməz.