Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM


Digərləri 10 May 2018 22:05:00 231 0

Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM

Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir.

Bakı. İlhamə İsabalayeva – Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir. Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib. Ə.Qaralovun sözlərinə görə, sürüşmə sahələrində qeydə alınan mövcud çatların parametrlərində genişlənmə müşahidə edilir. Ümumilikdə, bu sürüşmə sahələrindəki aktivlik təbii amillərlə izah oluna bilər.