Ermənistanın təhlükəsizliyinə o cavabdeh olacaq


Dünya 10 May 2018 21:58:00 259 0

Ermənistanın təhlükəsizliyinə o cavabdeh olacaq

Ermənistan Prezidenti Armen Sərkisyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərini və polis şöbəsinin rəisinin vəzifədən azad edilməsi haqqında sərəncam imzalayıb.

Son.az axar.az-a istinadən bildirir ki,bu barədə prezidentin mətbuat xidməti informasiya yayıb.

Prezidentin sərəncamı əsasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Georgi Kutoyan və polis rəisi Vladimir Qasparyan vəzifəsindən azad edilib.

Xatırladaq ki, bir qədər əvvəl Ermənistanın yeni baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Qasparyan və Kutoyanı vəzifədən azad etmək niyyətini açıqlamışdı.