Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi


Dünya 10 May 2018 21:28:00 231 0

Bəhreynli nazirin İsraillə bağlı bəyanatı təəccübləndirdi

Bəhreynin XİN rəhbəri Xalid bin Əhməd ərəb dövlətinin rəsmisi üçün görülməmiş bir bəyanatla çıxış edib.

Son.az oxu.az-a istinadən bildirir ki, ali diplomat İsrailin Suriya ərazisində yerləşən İran obyektlərinə endirdiyi aviazərbələri dəstəkləyib.

"Nə qədər ki, İran regiondakı mövcud status-kvonu pozur, güc tətbiq etməklə dövləti münaqişə zonasına çevirməyə çalışır, istənilən dövlətin, o cümlədən İsrailin  özünü müdafiə etməyə və təhdid mənbəyini məhv etməyə haqqı ver", - deyə XİN rəhbəri "Twitter" səhifəsində yazıb.