Cəlilabad və Bərdədə narkotik əməliyyatı


Digərləri 10 May 2018 21:14:00 231 0

Cəlilabad və Bərdədə narkotik əməliyyatı

Cəlilabad rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı rayon sakini İlham Şirinov sübhəli şəxs qismində saxlanılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, onun üzərinə baxış keçirilərkən xüsusi bükümdə narkotik vasitə olan heroin aşkar olunub. Daha sonra polis əməkdaşları onun yaşadığı evdən də külli miqdarda heroin aşkar edərək götürüblər. Məlum olub ki, İlham Şirinov dövlət sərhədindən qaçaq yolla keçirilən narkotik maddəni İrandan olan tanışı Ramin adlı şəxsdən əldə edib və Bakıda satmağı planlaşdırırmış. Qeyd edək ki, saxlanılan İlham Şirinov əvvəllər də eyni cinayət əməlinə görə məhkumluq həyatı yaşayıb. Bərdə rayon Polis Şöbəsi əməkdaşları isə əməliyyat nəticəsində 3 kq-a yaxın marixuana aşkarlayıblar. Bərdə sakini Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qramdan artıq marixuana götürülüb. Əməliyyatın davamı olaraq onun avtomobilindən də xeyli narkotik aşkarlanıb. Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.