Poçt markalarında öz şəkliniz ola bilər


Digərləri 10 May 2018 21:16:00 184 0

Poçt markalarında öz şəkliniz ola bilər

Göndərdiyiniz məktublarda marka olaraq öz şəkliniz də ola bilər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, şəxlsəndirilmiş markadan bir müddətdir ki, istifadə olunsa da, çoxları bundan xəbərsizdır. "Azərmarka"nın direktoru Leyla Güləliyeva deyir ki, bu markaya görə ən çox ad günü, toy və digər xususi günlər üçün müraciət edirlər. Hətta Azərbaycana gələn xarici qonaqlar da Azərbaycandan bir xatirə saxlamaq istədikdə şəxsləndirilmiş marka sifariş edirlər. Qiymətlərə gəlincə 12 markadan ibarət lıst 15 manat, 10 marka isə 12 manatdır. Böyük tirajlı markaları hazırlamaq 1-2 gün vaxt alsa da, turistlər üçün 1-2 ədəd markanı gün ərzində hazırlamaq mümkündür.