Abituriyentlər üçün vacib xəbər İmtahanda


Digərləri 10 May 2018 21:19:00 235 0

Abituriyentlər üçün vacib xəbər  İmtahanda

Aparılmış araşadırmalara görə imtahan zamanı abituriyentlərin 96 faizi stress altında olur, bu da imtahanda iştirak edənlərin nəticələrinə mənfi təsir edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, xüsusi ilə də imtahana bir neçə gün qalmış abituriyentlər daha çox həyəcan yaşayır. Odur ki, abituriyentlərin diqqət etməli olduğu bəzi vacib məqamlar var. Ekspertlər imtahan ərəfəsində yaradılan mühitin abituriyent üçün bütün il boyu öyrəndiyi biliklər qədər vacib olduğunu deyirlər.

Abituriyentlərlə yanaşı valideynlərin də üzərinə imtahandan öncə, eləcə də imtahan günü bəzi öhdəliklər düşür. Sırf imtahan ərəfəsində valideynlər əvvəlki vaxtlardan çox övladlarına dəstək olmalıdır.

İmtahan öncəsi ən vacib məqamlardan biri də yuxu və qida rejiminə diqqət etməkdir. Mütəxəsislərin fikrincə, məhz bu iki faktor imtahan nəticələrinin yaxşı olmasında önəmli rol oynayır.