Sumqayıtdakı 3 nömrəli marşrut xəttində


Digərləri 10 May 2018 21:06:00 241 0

Sumqayıtdakı 3 nömrəli marşrut xəttində

Sumqayıtda fəaliyyət göstərən 3 nömrəli marşrut xəttində süni qiymət artımı olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qiymət 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Qiymət artımı ilə bağlı artıq marşrut avtobuslarına elan da vurulub. Sözügedən avtobuslar Sumqayıt şəhərinin Sülh küçəsindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsi istiqamətində və əks istiqamətdə sərnişindaşıma ilə məşğuldur. Avtobuslarda qiymət marşrut xəttinin bağlı olduğu ''Nəqliyyat'' MMC tərəfindən artırılıb. Qiymət artımı bu marşrutdan istifadə edən sərnişinlərin haqlı narazılızığına səbəb olub. Marşrut sürücülərinın sözlərinə görə, artım ilə bağlı göstəriş şirkətdən verilib. Xətt dispetçerləri də qiymət artımının müdriyyət tərəfindən edildiyini dedilər. Fakt ilə bağlı sözügedən şirkətlə əlaqə saxlasaq da, qurumun rəisi Xannı Rüstəmov məsələyə münasibət bildirməkdən boyun qaçırdı.