Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib


Digərləri 10 May 2018 20:48:08 201 0

Heydər Əliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Bakı. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib. İdarədən Trend-ə verilən məlumata görə, öncə tədbir iştirakçıları Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklik qoyub və tər çiçəklər düzüblər. Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri, məktəb direktorları və direktor müavinləri, KİV nümayəndələri iştirak ediblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.