"Yararsızlar ortalıqda dolaşırlar..." Xalq artisti müğənniləri tənqid etdi VİDEO FOTO


Şou-biznes 10 May 2018 20:12:00 339 0

"Yararsızlar ortalıqda dolaşırlar..."  Xalq artisti müğənniləri tənqid etdi  VİDEO  FOTO

ARB Ulduz-un "Şou məkan" proqramının növbəti müsahibi Xalq artisti Faiq Ağayev olub.

Son.az bildirir ki, türkiyəli sənətçi Müşərrəf Akayın verilişinə qonaq olan Xalq artisti Faiq Ağayev, elə mövzu açılmışkən Türkiyə şou-biznesi üçün min dərədən su gətirən həmkarlarından danışdı.

"Hər bir insan evdən işə gedərkən fikirləşir ki, ruzisini qazanacaq. Müğənnilərdə də vəziyyət eynidir. Mən hansısa bir işə qol qoyanda ilk növbədə həmin işin pul tərəfini ölçmürəm. Türkiyədə miqyas daha böyükdür, qazanc imkanı da böyükdür. Avropanın astanasıdır. Ona görə bizim müğənnilərimiz bu qədər Türkiyəyə can atırlar. Pis bir şey görmürəm. Ancaq əfsuslar olsun ki, son 15 ildə böyük uğur qazanan ifaçılar olmayıb.

Bizimkilər gedib orda Hande Yener kimi, Tarkan kimi, Aleyna Tilki kimi, Ajda Pekkan kimi bir yer tutmaq istəyirlər. Bu isə mümkün deyil".

Türkiyə şou-biznesinə daxil olmaq üçün 40 qapıdan keçib divlərlə üz-üzə gəlsən də, yerli şou-biznesə xaricdən daxil olmaq daha asan görünür.

"Bizdə Manana Əməkdar artist oldu, Azərbaycan vətəndaşlığını qəbul etdi. Manana digər Azərbaycan vətəndaşları kimi istədiyi məclisdə gedib iştirak edir, dəvət olunduqda pulunu qazanır. Biz daha qonaqpərvərik.

Türkiyə sırf kapitalist qanunları ilə idarə olunur. Bu şou-biznesə də aid olduğundan bizim müğənnilər üçün çətin olur. Vacib olan sənin potensialın deyil, vacib olan odur ki, şirkətlər sənlə maraqlansınlar və pul ödəsinlər. Təəssüf ki, bizimkilər şirkətlərə pul verirlər".

Bəzi sahələrdə olduğu kimi şou-biznesdə də yararsız ifaçılar sayəsində xaosun yarandığını etiraf edən sənətçinin maraqlı müqayisəsi də oldu.

"İndi istənilən biri özünə psixoloq deyir, diyetoloq deyir, istənilən sahənin hərşeyşünası olur. Eynilə də müğənnilikdə, musiqidə. Peşə baxımıdan yararsız insanlar ortalıqda gəzib dolaşırlar. Nə isə etmək istəyirlər. Ancaq əgər yararsızsansa, nə edəcəksən?

Bizim sfera elədir ki, bizə müraciət etdiyin qədər həkimin yanına getmirsiz. Ürəyin ağrıyanda həkimə gedirsən, ancaq qəlbin ağrıyanda həkimə getmirsən, musiqi dinləyirsən. İnsanlar atasına, anasına, həyat yoldaşına deyə bilmədiklərini bizimlə, mahnılarımızla bölüşürlər".

Faiq, şou-biznesdəki xaosu bir az sakitləşdirmək, qaydasına salmaq üçün sizcə, idarəediciyə ehtiyac varmı?


Xəbərə aid foto