Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır


Digərləri 10 May 2018 20:00:30 217 0

Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır

Bakıda yazın əvvəlində avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb.

Bakı. Elçin Mehdiyev - Bakıda yazın əvvəlində avtomobil bazarında qiymətlərdə bahalaşma qeydə alınıb. Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib. Ekspert bildirib ki, Bakıda mart ayı ərzində əvvəlki aya nisbətən avtomobil bazarında təklif portfeli 6.2 faiz azalıb. Onun sözlərinə görə, ay ərzində bazar üzrə orta qiymət 22,728 manat olub və əvvəlki ayla müqayisədə orta qiymət 2.5 faiz artıb.