Bərdədə atanın başından çəkiclə vurulub, oğlu bıçaqlanıb - FOTO


Sosial 10 May 2018 19:43:07 320 0

Bərdədə atanın başından çəkiclə vurulub, oğlu bıçaqlanıb - FOTO

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir

Bərdə rayonunda atanınbaşından çəkiclə vurulub,oğlu isə bıçaqlanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Ramiz və Yusif Əliyevlər müxtəlif dərəcəli bədən xəsarəti ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Bərdə Rayon Polid Şöbəsinin əməkdaşlarının həyata keçirdikləriəməliyyat-axtarış tədbirləri nəticəsindəşəhər sakini Adil İbrahimov şübhəli şəxs qismində saxlanılıb. Onun istifadə etdiyi bıçaq və çəkic isə maddi sübut kimi götürülüb. A.İbrahimov ilkin dindirilmə zamanı törətdiyi əməli etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.