"Getməmişdən öncə sekslə çox məşğul olmağını tövsiyə edirəm" FOTO


Dünya 10 May 2018 19:42:00 242 0

"Getməmişdən öncə sekslə çox məşğul olmağını tövsiyə edirəm"  FOTO

Braziliyanın əfsanəvi futbolçularından Romario Rusiyada keçiriləcək Dünya Çempionatında Cənubi Amerika təmsilçisinin hücumçusu olacağı gözlənilən Gabriel Jesusa gözlənilməz tövsiyələri ilə diqqət çəkib.

Son.az xarici mediaya istinadən xəbər verir ki, "Mançester Siti" formasıyla Qvardiolanın rəhbərliyi altında əla bir sezon keçirən gənc hücumçu performansı sayəsində Braziliya millisinin tərkibində Dünya Çempionatına yollanacaq qol ümidi olub.

Əfsanəvi hücumçu Gabriel Jesusa Dünya Çempionatına getməmişdən öncə sekslə çox məşğul olmağını məsləhət görüb.

Romario "Gabrielə ən önəmli tövsiyəm çempionata qədər qalan boş günlərində sekslə çox məşğul olsun" desə də, sözlərinə "Digər günlərdə də matçlara diqqət verməyi lazımdır" fikirlərini əlavə edib.