Lazio-nun müdafiəçisi İnter-ə keçir


İdman 10 May 2018 19:18:00 231 0

Lazio-nun müdafiəçisi İnter-ə keçir

Lazio-nun müdafiəçisi Stefan De Vrey karyerasını İnter-də davam etdirməyə yaxındır. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçunun "nerazzurri" ilə anlaşdığı bildirilir. Onun hazırki klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. De Vreyin transferi ilə bağlı zəruri sənədlər imzalanıb və qeydiyyata alınmağı gözləyir. Holland müdafiəçinin yeni klubunda məvacibi 4.4 milyon avro təşkil edəcək. İnter Juventus-un futbolçusu Kvadvo Asamoanı da transfer etmək niyyətindədir.