Bakıda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir


Siyasət 10 May 2018 18:53:17 250 0

Bakıda ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edir

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilir.

"Report" xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak edirlər.

Dövlət başçısı mərasimdə nitq söyləyir.