3 ay əvvəl baş vermiş intiharın araşdırılması barədə göstəriş verildi


Digərləri 10 May 2018 18:48:00 274 0

3 ay əvvəl baş vermiş intiharın araşdırılması barədə göstəriş verildi

Baş prokuror Zakir Qaralov Oğuzda 3 ay əvvəl baş vermiş intihar hadisəsinin araşdırılması barədə xüsusi göstəriş verib.

Son.az APA-ya istinadən xəbər verir ki, yanvarın 28-i saat 20.00 radələrində Oğuz rayonu Bayan kənd sakini, 1991-ci il təvəllüdlü Qəribə Allahverdi qızı Mikayılovanın meyiti yaşadığı evin həyətyanı sahəsində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.

Faktla bağlı həmin tarixdə Oğuz rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Q. Mikayılovanın atası qızının intihar deyil, qətlə yetirilməsinə dair şübhələri olduğundan hadisənin yenidən araşdırılması xahişi ilə Baş prokurora müraciət ünvanlayıb.