Barcelona CAR çempionu ilə qarşılaşacaq


İdman 10 May 2018 18:45:00 262 0

Barcelona CAR çempionu ilə qarşılaşacaq

Barcelona Cənubi Afrika Respublikasında (CAR) yoldaşlıq görüşü keçirəcək. Goal.az xəbər verir ki, oyun  CAR-ın mərhum prezidenti Nelson Mandelanın 100 illik yubileyi münasibətilə təşkil ediləcək. Katalonlar CAR çempionu Mamelodi Sundowns-la qarşılaşacaq. Görüş mayın 16-da Yohannesburq şəhərindəki "Fest Naşenal Bank" stadionunda keçiriləcək. Bu arenada 2010-cu ildə dünya çempionatının final matçı baş tutub.

Barcelona bu mövsüm vaxtından əvvəl İspaniya çempionu olub. Mamelodi Sundowns-da Qarabağ-ın maraq dairəsində olan Xama Billiat da çıxış edir.