"Azərbaycan və Rusiya arasında demarkasiya işləri 34 il davam edəcək"


Siyasət 10 May 2018 18:36:00 239 0

"Azərbaycan və Rusiya arasında demarkasiya işləri 34 il davam edəcək"

"Rusiya və Azərbaycan arasında demarkasiya işlərinə başlanıb. Artıq 70 km ərazidə sərhəd nişanlarını qoymuşuq. Bu, planlaşdırılmış şəkildə həyata keçirilir".

Son.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. O bildirib ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Birgə Fəaliyyət Planı var: "Amma demarkasiya prosesi uzunmüddətli prosesdir. Bir-iki ilin işi deyil. Azərbaycan və Rusiya arasında bu proses təxminən üç-dörd il də davam edəcək ki, hər yerdə beynəlxalq standartlara uyğun sərhəd nişanlarının qoyulması təmin edilsin".