"Unibank" istənilən hava yollarında pulsuz aviabilet qazandıran "UniMiles" kartını dövriyyəyə buraxıb


Digərləri 10 May 2018 18:38:00 236 0

"Unibank" istənilən hava yollarında pulsuz aviabilet qazandıran "UniMiles" kartını dövriyyəyə buraxıb

Unibank Azərbaycanda bir ilkə imza atıb

Bakı. Unibank Azərbaycanda bir ilkə imza atıb. Bank istənilən hava yollarında pulsuz aviabilet qazandıran UniMiles kart məhsulunu dövriyyəyə buraxıb. Bankdan Trend-ə verilən məlumata görə, indiyədək ölkə bazarında bütün hava yollarında pulsuz avia bilet qazanmaq imkanı verən kart məhsulu olmadığından, Unibank müştərilərinin məhz bu arzusunu reallaşdırıb. İndi hər kəs istədiyi hava yolu ilə pulsuz uçmaq imkanı qazana bilər. Unikal imkana malik UniMiles kartı ilə edilən nağdsız ödənişlər kart sahibinə millər qazandıracaq. Müştəri toplanan milləri şəxsi kabinetində istənilən avia şirkətin aviabiletinə dəyişə biləcək. UniMiles əlavə üstünlüklər yaradan premium növlü kartdır. UniMiles kartına sahib olmaq daha hansı üstünlükləri verir? Pulsuz Səyahət sığortası (1-8 gün) Hava limanına pulsuz gediş (Taxify) Kartın qalığına illik 3% hesablanır Səfirliyə pulsuz arayış Unibank ATM-lərində 0% nağdlaşdırma komissiyası Pulsuz sms bank xidməti Pulsuz Mobile Bankinq xidməti Pulsuz Albalı Debet kartı (1 ədəd) Taxfree-nin karta qaytarılması.