Bilik Fondu ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edib


Digərləri 10 May 2018 18:29:15 167 0

Bilik Fondu ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan silsilə tədbirlər təşkil edib

Bilik Fondunun İdarə Heyətinin qərarı ilə Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı həyata keçiriləcək tədbirlərin planı hazırlanıb

Bakı. Heydər Əlirza oğlu Əliyev... Bu ad Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Bəşər tarixində bütün xalqların yaşadığı məmləkəti müstəqil dövlətə çevirən liderləri olub. Heydər Əliyev dünya liderləri arasında müqayisə olunmaz fədakarlıq göstərərək, məhv olmaq təhlükəsi qarşısında qalan Azərbaycanı fırtınalı ümmandan sağ-salamat çıxardı. 1993-cü il ölkə tarixində ən ağır il oldu. Hakimiyyət böhranı hələ yaradılmaqda olan ordunu sarsıtdı. Bundan istifadə edən düşmən əzəli torpaqlarımıza hücum etdi. Ölkəni uçurma aparan siyasi qüvvələr, qanuni hakimiyyət acizliyini etiraf edərək, dahi insana müraciət ünvanladılar. Heydər Əliyev vəziyyətin gərgin olduğunu bilirdi. Belə durumda bir kimsə məsuliyyəti üzərinə götürmək istəmirdi. Heydər Əliyev Azərbaycanın taleyini düşünərək, dəvəti qəbul etdi və həmin gündən ölkənin üzünə gün doğmuş oldu. Faktiki bütün resursları dağıdılan, əraziləri hər gün işğal olunan, əsgərləri güllələrə tuş gələn Azərbaycan matəm içində idi. Xalqı bu matəmdən xilaskar missiyası ilə Heydər Əliyev qurtardı. Hələ 1969-cu ildən Heydər Əliyevin Sovet Azərbaycanına rəhbərlik etməsi xalqın taleyinə Tanrı tərəfindən verilən mükafat idi. Heydər Əliyev bütün fəaliyyətini məhz ölkəsinin çiçəklənməsinə həsr etdi. "Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, Azərbaycanlıyam!". Bu amalın daşıyıcısı olan şəxs SSRİ rəhbərliyində təmsil olunanda da vətəninin çiçəklənməsi naminə çalışdı. O dövrdə "mən azərbaycanlıyam" deməyi yalnız fenomen şəxs bacarardı. Heydər Əliyev bütün təlatümlərdən, siyasi manelərdən alnıaçıq, üzüağ, vüqarla çıxaraq, ölkəsini bir an da olsun unutmadı və təəssübünü heç nəyə, heç kimə qurban vermədi. 22 yanvar 1990-cı ildə Heydər Əliyevin SSRİ-nin rəhbəri M.Qorbaçova etiraz müraciəti ünvanlaması ən böyük cəsarət nümayişi idi. O mətni bu gün də əzbər bilirik. Məhz Heydər Əliyevin müraciətindən sonra informasiya blokadası yarıldı və dünya Azərbaycanda yaşanan qətliamlardan xəbər tutdu. Biz Ümummilli lider adını qazanmış, xalqın Ulu Öndəri olan Heydər Əliyevi unutmuruq, onun əməllərini, ideyalarını, şəxsiyyətini öyrənir, öyrənir, öyrənirik. Hər ötən dövrdə Heydər Əliyev adlı düha bizim üçün daha da işıqlanır. İşığa doğru yol maarifçilikdən keçir. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı həyata keçirdiyi tədbirlər də məhz bu yolun müqəddəs olduğunu göstərən amillərdəndir. Bilik Fondu tək yubiley tarixlərində, doğum günlərində deyil, bütün fəaliyyəti boyu Ulu öndərin adının əbədiləşdirilməsi missiyasını yerinə yetirir. Bu il başlayandan tədbirlərimizin intensivliyi daha da artıb. Heydər Əliyev şəxsiyyətinə həsr olunan mühazirələr, yerli və beynəlxlaq konfranslar, kollokviumlar, müsabiəqlər, kitab təqdimatları, film və tamaşa nümayişləri dinləyicilərin və iştirakçıların böyük marağına səbəb olub. Bilik Fondunun İdarə Heyətinin qərarı ilə Heydər Əliyevin 95-ci ildönümü ilə bağlı həyata keçiriləcək tədbirlərin planı hazırlanıb və ardıcıl icra olunur. Bilik Fondu və digər dövlət qurumlarının – Təhsil Nazirliyi, icra hakimiyyəti orqanları, Heydər Əliyev Mərkəzləri, Bilk evlərinin birgə təşkilatçlığı ilə bölgələrdə, paytaxtda və xaricdə keçirilən tədbirlərdə yerli ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, xarici vətəndaşlar iştirak ediblər. 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda dəyirmi masa Ağdaşda keçiriilib. AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Ana dilimizin inkişaf yolu və Heydər Əliyevin dil siyasəti” mövzusunda məruzə ilə çıxış edib.