Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi Hindistanda qeyd edilib (FOTO)


Digərləri 10 May 2018 18:14:00 233 0

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi Hindistanda qeyd edilib (FOTO)

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Azərbaycanın Hindistandakı səfirliyində tədbir təşkil edilib.

Bakı. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar Azərbaycanın Hindistandakı səfirliyində tədbir təşkil edilib. Trend-in məlumatına görə, tədbirdə səfir Əşrəf Şıxəliyev, Hindistan Universitetlər Konfederasiyasının prezidenti, eləcə də İndira Qandi Texniki və Səhiyyə Universitetinin və Ümumdünya Virtual Universitetinin rəhbəri Priya Rancan Trivedinin rəhbərlik etdiyi bir qrup hindistanlı professor və elm xadimi və səfirliyin əməkdaşları iştirak ediblər. Səfir çıxışında ulu öndərin həyatı, uzaqgörən daxili və xarici siyasəti, onun müdrik siyasəti nəticəsində müstəqilliyimizin daha da möhkəmlənməsi, o cümlədən dövlət quruculuğu və Azərbaycanın dünyaya tanıdılması istiqamətində misilsiz töhfələri barədə məlumat verib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı siyasi və iqtisadi nailiyyətlər, müxtəlif sahələrdə aparılan ciddi islahatlar, o cümlədən “qara qızılı insan kapitalına çevirmək” strategiyası və “İnsan kapitalının inkişafı, daha yaxşı gələcəyin inşası” mövzusu ilə Azərbaycanın EXPO-2025 beynəlxalq sərgisinə ev sahibliyi etmək üçün namizədliyi barədə məlumat elm xadimlərinin diqqətinə çatdırılıb.