Çexiyada Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdim olunub


Digərləri 10 May 2018 18:18:27 205 0

Çexiyada Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdim olunub

Çexiyanın Sənaye və Ticarət Nazirliyində keçirilən “Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” beynəlxalq forumunda Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdim olunub.

Bakı. Çexiyanın Sənaye və Ticarət Nazirliyində keçirilən “Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi” beynəlxalq forumunda Azərbaycanın tranzit-nəqliyyat imkanları təqdim olunub. Azərbaycanın Çexiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin təşəbbüsü və Praqada akkreditə olunmuş Çin, Qazaxıstan, Gürcüstan və Türkiyə səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilən bu tədbirə Çexiyanın bir sıra dövlət və işgüzar dairələrinin nümayəndələri qatılıb. Forum, Çindən Mərkəzi Asiya və Transxəzər regionu vasitəsilə Avropaya tranzit və yük daşımalarının artırılması imkanlarını müzakirə etmək, o cümlədən yükdaşımaları ilə məşğul olan Çex şirkətlərinin Transxəzər beynəlxalq nəqliyyat marşrutuna cəlb etmək məqsədini daşıyıb.