Ermənistan prezidenti Paşinyana qulaq asdı


Dünya 10 May 2018 18:00:00 221 0

Ermənistan prezidenti Paşinyana qulaq asdı

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin Baş Polis İdarəsinin rəisi Vladimir Qasparyanı və Təhlükəsizlik Xidmətinin direktoru Georgi Kutoyanı vəzifələrindən azad edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, A.Sarkisyan artıq bununla bağlı müvafiq fərman imzalayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında baş nazir Nikol Paşinyan həmin şəxslərin vəzifədən azad edilməsi ilə bağlı A.Sarkisyana müraciət etmişdi.