“Azərsu” Heydər Əliyevin 95 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib (FOTO)


Digərləri 10 May 2018 17:49:00 199 0

“Azərsu”  Heydər Əliyevin 95 illiyi ilə əlaqədar ağacəkmə aksiyası keçirib (FOTO)

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib.

Bakı. Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ağacəkmə aksiyası keçirilib. “Azərsu”dan Trend-ə verilən məlumata görə, Hövsan Aerasiya Stansiyası ərazisində təşkil olunmuş ağacəkmə kampaniyasında müxtəlif növdə 1000-dən çox ağac əkilib, yaşıllıqlar salınıb. Ağacəkmə tədbirində Səhmdar Cəmiyyətin idarə və müəssisələrinin kollektivləri fəal iştirak edib.