Xarici İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illliyi qeyd edilib (FOTO)


Digərləri 10 May 2018 17:35:00 216 0

Xarici İşlər Nazirliyində ümummilli lider Heydər Əliyevin 95 illliyi qeyd edilib (FOTO)

Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib.

Bakı. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Xarici İşlər Nazirliyində "Ulu öndər Heydər Əliyev və Azərbaycanın xarici siyasəti" mövzusunda tədbir keçirilib. Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirin əvvəlində ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Elman Nəsirov çıxış ediblər.